“Fənərbaxça” – “Beşiktaş” oyunu ilə bağlı qərar verildi

fenerbaxca-besiktas-oyunu-ile-bagli-qerar-verildi
Oxunma sayı: 2433

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib. Qərara əsasən İstanbul derbisi təxirə salındığı 57-ci dəqiqədən etibarən azarkeşsiz davam etdiriləcək.
 
Qeyd edək ki, derbinin 57-ci dəqiqəsində hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı.