“Fənərbaxca” getdi

fenerbaxca-getdi
Oxunma sayı: 647

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutub.

Fransan "Lill" klubu doğma azarkeşləri önündə Danimarkanın "Kopenhagen" komandasını sınağa çəkib. Fransa təmsilçisi səfərdə rəqibinə 0:1 hesabı ilə uduzduğundan cavab matçında mütləq qələbə qazanmalı idi ki, bunu da bacarıb - 2:0.

Ukraynanın "Dinamo" (Kiyev) klubu doğma meydanda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşıb. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Kiyev təmsilçisi bu görüşə rahat çıxıb. Bu görüşdə "Dinamo" məğlub olsa da, qrup mərhələsinə vəsiqə qazana bilib - 1:2.

Azərbaycanlı futbolsevərlərin bütün diqqəti İstanbula yönəlib. Burada yerli "Fənərbaxça" klubu Rusiyanın "Spartak" (Moskva) komandasını qəbul edib. İlk görüşdə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə bərabərlik qeydə alınıb - 1:1.

Qeyd edək ki, dünən keçirilən 5 oyunla qrup mərhələsinin daha 5 sahibi müəyyənləşib. Bunlar BATE, "Dinamo", "Braqa", "Malaqa" və "Anderlext" klublarıdır.