“Fənərbaxça” qazandı - Nəticələr

fenerbaxca-qazandi-neticeler
Oxunma sayı: 637

“Fənərbaxça” səfərdə “Marsel”in qonağı olub. Səfərdə olan türklər özlərini evdəki kimi hiss ediblər. Belə ki,Fransada heç də qəribsilik çəkməyən “sarı kanarya” 1-0 hesabı ilə qələbə qazanıb.Bu da “Fənərə heç- heçənin də azlıq etmədiyi oyunda 3 xal qazandırıb. Bu nəticə ilə “Fənərbaxça” qrupdan lider kimi çıxmağı sığortalayıb. Komandasını liderliyə daşıyan qolu isə oyunun 40-cı dəqiqəsində Bəkir İrtəgün vurub. Olduqca baxımlı qola imza atan Bekir sonradan hakim tərəfindən sarı vərəqəyə də layiq görülüb.

Digər oyunlar isə belə nəticələnib

A qrupu
“Anji” 2 -0 “Udineze”
“Liverpul” 2-2 “Yanq Boyz”

B qrupu
“Akademiya” 1-1 “Viktoriya Pilzen”
“Atletiko Madrid” 1-1 “Hapoel-Teləviv”

C qrupu
“Marsel 0-1 “Fənərbaxça”
“Borusiya Münhenqladbax” 2-0 AEL Limasol”

D rupu
“Brügge” 1 -2 “Bordo”
“Nyukasıl 1- 1 “Maritimo”

E qrupu
“Molde” 1-2 “Kopenhagen”
“Ştayua Buxarest 1 – 5 “Ştutqart”

F qrupu
“AİK Stokholm” 1-2 “Napoli”
“PSV Eyindhoven” 1-2 “Dnipropetrovsk”

G qrupu
“Bazel” 3-0 “Sportinq Lissabon”
“Videoton” 0-1 “Genk”

H qrupu
“Neftçi” 1-1 “Partizan”
“Rubin Kazn” 3-0 “İnter Milan”

İ qrupu
“İroni Kiryat Şahomna” ?- ? “Atletiko Bilbao” (təxirə salınıb)
“Sparta Praqa 1-1 “Lion”

J qrupu
“Latsio” 0-0 “Totenhem”
“Panatiyunaykos” 1-0 “Maribor”

K qrupu
“Metallist Xarkov” 2-0 “Bayer Leverkuzen”
“Rusenborq” 3-2 “Rapid Viyana”

L qrupu
“Hannover” 0-0 “Tvente”
“Helsinborq” 1-3 “Levante”

İqbal