“Fənərbaxça” uduzduğu üçün Aleksi qovdu

fenerbaxca-uduzdugu-ucun-aleksi-qovdu
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, klubun idman direktoru Aykut Kocaman “Marsilya”, “Trabzonspor”la bərabərlikdən və “Kasımpaşa”ya məğlubiyyətdən sonra komandasını bir araya toplayıb. Mövcud vəziyyəti müzakirə edən klub rəhbərliyi kapitan Alex de Souzanı “Fənərbaxça”dən uzaqlaşdırıb. Klubun yeni kapitanı isə Dirk Kuyt təyin olunub.

Hazırda isə bu məsələ Türkiyə mediasında gündəmi zəbt edib. Aykut Kocamanın verdiyi qərar azarkeşlərin də narazılığına səbəb olub. Belə ki, azarkeşlər heykəlini düzəltdikdən sonra Alexin komandadan uzaqlaşdırılmasını haqsızlıq kimi qəbul edirlər.

Qeyd edək ki, braziliyalı futbolçu “Fenerbahçe”də 343 oyuna çıxıb və bu oyunlarda 192 qola imza atıb.

Sevinc