“Fənərbaxça”da yeni mövsümün ilk super transferi

fenerbaxcada-yeni-movsumun-ilk-super-transferi
Oxunma sayı: 632

Azerisport.az xəbər verir ki, İstanbul klubu Dirk Kuytu heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, holland futbolçu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti 3 ildi.

Qeyd edək ki, holland ulduz “Liverpool”a 2006-cı ildə “Feyenoord”dan keçib. İngiltərə klubunda 207 oyun keçirib 51 qol vuran futbolçu peşəkar karyerısının ilk illərində “Utrecht”də çıxış edib. Hollandiya yığmasında 85 oyuna 24 qol vuran futbolçu “Liverpool”la İngiltərə Liqa Kubokunu qazanıb, FA Cup, Premyer Liqa və Çempionlar Liqasının gümüş medallarını qazanıb.