“Fənərbaxça”dan “Beşiktaş”a möhtəşəm təklif

fenerbaxcadan-besiktasa-mohtesem-teklif
Oxunma sayı: 648

Belə ki, oyundan əvvəl yemək süfrəsinə əyləşən klub rəsmiləri “Beşiktaş”ın yeni stadionu ilə bağlı layihəsini müzakirə ediblər. Bu zaman “Fənərbaxça” rəsmisi Nihat Özdemir “Beşiktaş” rəhbərliyinə “Stadionunuz yenilənənə qədər ev oyunlarını bizim stadionumuzda keçirə bilərsiniz” deyib. “Beşiktaş” rəhbərliyinin bu təklifə necə cavab verəcəyi maraq doğurur.
Qeyd edək ki, “Beşiktaş”a məxsus “İsmet İnönü” stadionu mövsüm bitdikdən sonra yenilənməyə başlayacaq. Stadionun üzərinin qismən örtüləcəyi və azarkeş tutumunun 45 minə çatdırılacağı nəzərdə tutulub.

Ceyhun Əhmədov