““Fənərbaxça”nın güclənməsini istəmədilər” - Ekicidən qalmaqallı açıqlamalar

fenerbaxcanin-guclenmesini-istemediler
Oxunma sayı: 629

Mövsüm başa çatmamış “Trabzonspor”dan ayrılan yarımmüdafiəçi Mehmet Ekici maraqlı açıqlamalar verib. “Qafqazinfo”nun məlumatına görə, Türkiyə millisinin üzvü qış “transfer pəncərəsi” zamanı “Beşiktaş” və “Fənərbaxça”ya keçmə ehtimalından danışıb. 

O, həmçinin “Trabzonspor” rəhbərliyinin ona oynamaq üçün şərait yaratmamasından gileylənib: “Qış fasiləsi zamanı böyük basqı ilə istəmədəyim kluba göndərməyi düşünürdülər. “Başakşəhər”ə icarəyə verin dedim qəbul etmədilər. Həmin vaxt yaşadıqlarımı danışacam. “Trabzonspor”la müqaviləm hələ də davam edir. Müqaviləm bitənə qədər nə lazımdırsa, onu edəcəm.

Aşağı yaş qruplarının məşqçilərinin yanında məşq edirəm. Qış fasiləsində Trabzon klubunun pul qazanmasını istədim amma olmadı. Həmin vaxt yaşadıqlarımı heç bir futbolçuya arzulamıram. Məni “Fənərbaxça”ya yollamaq istəmədilər. Bunu bilincə “Başakşəhər”ə getməyi düşündüm. İcazə vermədilər. Onlar “Fənərbaxça”nın güclənməsini istəmirdilər. Bütün həqiqətləri ortaya çıxaracam. “Beşiktaş” prezidenti Fikrət Orman haqqında da çox şeylər deyəcəm”.