“Fənərbaxça”nın oyunçuları bilərəkdən sarı vərəqə alıb?

fenerbaxcanin-oyunculari-bilerekden-sari-vereqe-alib
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 29-cu turda “Fənərbaxça”nın futbolçuları – Aleks, Kristian və Sərdarın sarı vərəqə alması “Qalatasaray” ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. “Cimbom”lular bu futbolçuların derbi ərəfəsində bilərəkdən sarı vərəqə aldığını iddia edir. Belə ki, adı çəkilən futbolçuların hesabında 3 sarı vərəqə var idi və 30-cu turda onlardan hər hansı biri cəzalandırılsa, derbidə iştirak edə bilməcəyəkdi. Bu səbəbdən “Qalatasaray”lılar hər 3 futbolçunun Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, Türkiyə superliqasında analoji hadisə ötən mövsüm də baş vermiş, TFF həmin futbolçuları cəzalandırmışdı.