“Fənərbaxça”ya ağır cəza

fenerbaxcaya-agir-ceza
Oxunma sayı: 652

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Fənərbaxça” – “Trabzonspor” oyununda ev sahiblərinin azarkeşləri nalayiq şüarlar və jestlərə yol verib. Bu hal mövsüm ərzində 3-cü dəfə baş verdiyindən komitə “Fənər”i 135 min Türk Lirəsi (TL) məbləğində cərimələyib. Analoji səbəbdən “Sivasspor” klubu da pul cəzası alıb.
“Trabzonspor” isə “Fənərbaxça” ilə oyunda iştirak ərizəsinə kifayət sayda klubun öz yetirməsi olan futbolçu daxil etmədiyi üçün 50 min TL cərimə ödəyəcək.

Ceyhun Əhmədov