“Fənərbaxça”ya badalağı “Qalatasaray”lılar vurdu

fenerbaxcaya-badalagi-qalatasaraylilar-vurdu
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Fənərbaxça” səfərdə “Orduspor”la qarşılaşıb. Oyunun 19-cu dəqiqəsində meydan sahibləri hesabı açıb. Qolun vurulmasında “Qalatasaray”ın “Orduspor”a icarəyə verdiyi iki oyunçu pay sahibi olub. Belə ki, Emanuel Kulionun ötürməsindən sonra Boqdan Stanku fərqlənib. İkinci hissədə hesabı bərabərləşdirən “Fənər”in bundan artığına gücü çatmayıb. 3-cü pillədə qərarlaşan “Beşiktaş” isə evdə “Eskişehirspor”u məğlub edərək “sarı-lacivərdlilər”lə xal fərqini minimuma endirib.

“Qalatasaray” – “İstanbul Böyük Şəhər Bələdiyyəsispor” – 4:1
Qollar: Əmrə Çolak, 7 (1:0), E.Viska, 14 (1:1), Əmrə Çolak, 51 (2:1), Milan Baroş, 72 (3:1), Səlcuk İnan, 90+1 (4:1)

“Sivasspor” – “Karabükssop” – 3:0
Qollar: E.Kılıç, 11 (1:0), K.Bekmezçi, 45 (2:0), M.Eneramo, 75 (3:0-pen)

“Kayserispor” – “Bursaspor” – 0:2
Qollar: Batalla, 21 (0:1), M.Stepanov, 73, (0:2)

“Trabzonspor” – “Manisaspor – 2:1
Qollar: H.Altıntop, 40 (1:0), İ.Promise, 64 (1:1), B.Yılmaz, 82 (2:1)

“Mersin İdman Yurdu” – “Ankaragücü” – 1:2
Qollar: E.Keles, 1 (0:1), E.Özgür, 67 (1:1), E.Keles, 71, (1:2)

“Orduspor” – “Fənərbaxça” - 1:1
Qollar: B.Stanku, 19 (1:0), Ə.Belözoğlu, 50 (1:1)

“Beşiktaş” – “Eskişehirspor” – 2:0
Qollar: T.Sivok, 54 (1:0), M.Pektemek, 90 (2:0)

“Gənclərbirliyi” – “Samsunspor” – 1:1
Qollar: M.Yıldırım, 42 (0:1), M.Fink, 44 (1:1 - avtoqol)

“Qaziantepspor” – “Antalyaspor” – 1:0
Qol: C.Tosun, 87

Ceyhun Əhmədov