“Fənər”ə ağır zərbə

fenere-agir-zerbe
Oxunma sayı: 661

“Qafqazinfo” xəbər verir ki, turun ən maraqlı görüşü “Gənclərbirliyi” ilə “Fənərbaxça” arasında olub. Çünki “Fənər” 2-0 hesabı ilə məğlub olub. Bu cür məğlubiyyət əldə etməklə, “Fənər” çempionluq yolunda olduqca ağır zərbə almış olub. “Gənclərbirliyi” məğlubiyyəti “Fənərbaça”nın 55-xalını dəyişməz edib və lider “Qalatasaray”la aralarında 7 xallıq fərq əmələ gətirib. “Cim – Bom” bu turun açılış görüşündə öz meydanında “Elazığspor”u 3-1 hesabı ilə məğlub edə bilib ki, nəticədə xallarının sayını 62-yə yüksəlib. Super Liqanın başa çatmasına 4 tur qalmış “Fənər”in bu cür vacib xal itkisinə məruz qalması artıq onların bütün diqqətini Avro Liqanın yarımfinal mərhələsində “Benfika” ilə keçiriləcək oyuna yönəldib.

İqbal