“Fənər”in ilk qələbəsi

fenerin-ilk-qelebesi
Oxunma sayı: 764


“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” öz meydanında “Eskişehirspor” klubu ilə oynayıb və 1-0 hesablı qələbə qazanıb. 52-ci dəqiqədə Dirk Küyt görüşdə yeganə qolun sahibi olub. “Eskişehirspor” 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazansa da, keçmiş “Qalatasaray”lı futbolçu Necati Ateş bundan istifadə edə bilməyib. Onun vurduğu penaltini son günlərdə “Fənər”də ulduzu parlamağa başlayan qapıçı Mert Günok çıxarıb. Beləliklə, 3 xalı 1 qolla qazanan “Fənərbaxça” çempionatda ilk xalını qazanıb. 

İqbal