“Fənər”in qapıçısına bıçaq atdılar

fenerin-qapicisina-bicaq-atdilar
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Trabzonspor” azarkeşləri “Fənərbaxça”nın qapıçısı Volkan Demirelə bıçaq atıblar.
Türkiyə millisinin qapıçısı bıçağı oyunun 4-cü hakiminə təhvil verib. Baş məşqçi Fırat Aydınus isə baş verənlərlə əlaqədar oyunu 5 dəqiqəlik dayandırıb. Azarkeşlər sakitləşdikdən sonra oyun davam etdirilib.
TFF intizam komitəsinin bununla bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir. “Trabzonspor”un bir neçə ev oyununu azarkeşsiz keçirmə cəzası alması ehtimal olunur.

Ceyhun Əhmədov