Fərasət Qurbanov QHT sədrlərini topladı

feraset-qurbanov-qht-sedrlerini-topladi
Oxunma sayı: 825

“Qafqazinfo”nun məlumatına görə, bu il şura tərəfindən maliyyələşdirilən 54 QHT layihəsinə 326.599 manat vəsait ayrılıb. Bütövlükdə ölkənin 43 şəhər və rayonunu əhatə edən bu layihələrin icrasına 185 nəfər cəlb edilib. 27 QHT layihədə nəzərdə tutulmuş sosial məsələlərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirib. Şuranın icraçı direktoru Fərasət Qurbanov layihələrin icrası və hesabatların təqdim olunmasında baş vermiş nöqsanlar haqqında da danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə rəhbərlərinə təlimatlar verilib.
Diskussiya şəraitində keçən müzakirələrdə QHT və layihə rəhbərləri Z.Rəhimova, Ə.Abbasbəyli, İ.Qafarov, N.Həsənov, F.Kərimli, V.Abdurəhmanov, N.Atabəyli, R.Becanov, Ş.Camalov, N.Yusifova, X.Əhmədzadə və başqaları çıxış edərək layihələrin icrası ilə bağlı öz fikirlərini bildiriblər.

Sabah səhiyyə məsələlərinə dair təşəbbüslər və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə ediləcək.

Səidə Teyyubqızı