“Fərdi məlumatların qorunması hökumətin diqqətindədir”

ferdi-melumatlarin-qorunmasi-hokumetin-diqqetindedir
Oxunma sayı: 697

“Rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən “BMT-nin Dövlət Xidmətləri Forumu”nda çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır:

“Ölkəmiz 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı konvensiyaya qoşulub. Bununla əlaqədar Cinayət və İnzibati Xətalar Məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan hökuməti cari ilin iyunun 27-də qüvvəyə minməsi gözlənilən Aİ-nin kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən “Azərbaycan Kibertəhlükəsizlik strategiyası”nın qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir”.

Günel Türksoy