“Fərdi mükafatları çox düşünmürəm” - Modriç

ferdi-mukafatlari-cox-dusunmurem
Oxunma sayı: 1490

Xorvatiya millisinin kapitanı Luka Modirç dünya çempionatının finalında üz-üzə gələcəkləri Fransa ilə matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu qalib olacaqlarına inamını ifadə edib: “Mən demək istəyirəm ki, bu olmalı idi. Heç zaman şübhə etmədim. Bu yerlərə gələ biləcəyimə həmişə inanmışam. Futbolu yaxşı oynamağa ehtiyac olduğunu düşünüb uğurlara motivasiya oldum.

Mən “Qızıl top” barədə verilən suallara yüklənmirəm. Çünki bütün diqqətim komandamdadır. Düzdür, bu mükafatı almaq istəyirəm, amma heç kimə təsir edə bilmərəm. Mən fərdi şeylərə maraq göstərmirəm və bu mənim üçün prioritet deyil”.