Fərhad Əliyevin qohumuna hökm oxunub

ferhad-eliyevin-qohumuna-hokm-oxunub
Oxunma sayı: 3447

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumu, dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Əliyev Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.

F.Əliyev 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Murad Əhməd