Fərhad Məmmədov ABŞ-da görüşlər keçirir

ferhad-memmedov-abs-da-gorusler-kecirir
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, məruzəsində o, qeyd edib ki, tarix və Azərbaycanın coğrafi şəraiti ölkəmizin müxtəlif geosiyasi identikliyin yaranmasına səbəb olub: “Məsələn, Azərbaycan coğrafi mövqeyinə görə Avropanın bir hissəsidir, ölkəmiz siyasi baxımdan Avropa Şurasının üzvüdür, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Dini cəhətdən böyük islam dünyasının bir parçası olsaq da, dünyəvi dövlətik və bunu yüksək dəyərləndiririk. Mədəni identikliyə gəldikdə isə türk dünyasına daxilik və Türkiyə, Mərkəzi Asiya, Ural və Sibir xalqları ilə yaxın qohumluq əlaqələrimiz vardır. Tarixi baxımdan iki yüz il ərzində Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olmuşuq və son dövrlərə kimi bizi «postsovet məkanı ölkələri» sırasına daxil edirdilər. Bundan başqa, ölkəmizi Böyük Yaxın Şərqə, Qara dəniz-Xəzər dənizi regionuna və s. aid edirlər. Beləliklə, Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz bir sıra regionlara şamil olunmaqla əsas etibarı ilə ayırıcı xətt rolunu oynamaqdadır” .