Fərid Mansurov vitse-prezident oldu

Fərid Mansurov vitse-prezident oldu
Oxunma sayı: 264

Federasiyanın baş katibi Əjdər Cəfərovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu AGF-nin gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək.

“Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” – deyə Əjdər Cəfərov bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi