Fərid Nəbiyev dubl edib “Slaviya”ya qələbə qazandırdı

ferid-nebiyev-dubl-edib-slaviyaya-qelebe-qazandirdi
Oxunma sayı: 1675

Çexiyanın u-21 liqasının 14-cü turunda növbəti oyunlar keçirilib. “Qafqazinfo” xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” növbəti matçına çıxıb.

Praqalılar evdə “Slovan”la qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Fərid Nəbiyev bu görüşdə dubl edib. O, hesab 2:2 olarkən 74 və 86-cı dəqiqələrdə komandasına qələbə gətirən qolları vurub. 

Qeyd edək ki, Nəbiyev cari mövsümdə daha əvvəl də 2 dəfə fərqlənmişdi.