Fərid Nəbiyevin dublu komandasına qələbə qazandırdı

ferid-nebiyevin-dublu-komandasina-qelebe-qazandirdi
Oxunma sayı: 744

Çexiyanın “Slaviya” klubunun U-21 komandası bu gün yoxlama oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin də formasını geyindiyi Praqa klubu “Litomeriçko” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
 
Fərid də bu görüşün iştirakçısı olub. Komandanın hər iki qolunu da məhz Nəbiyev vurub.
 
Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb. Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar.