Fəridənin 70 min pulunu oğurlayanlar hakim qarşısına çıxır

feridenin-70-min-pulunu-ogurlayanlar-hakim-qarsisina-cixir
Oxunma sayı: 2625

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlardan biri, N.Fərəcova həbs edilməyib, polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. N.İsrafilovun isə əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. 
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 8-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Murad Əhməd