Fermada narkotik yetişdirən saxlanılıb

fermada-narkotik-yetisdiren-saxlanilib
Oxunma sayı: 1068

Sabirabadda fermada narkotik yetişdirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb. 

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.