Fərqanə Qasımovanın konserti olacaq

ferqane-qasimovanin-konserti-olacaq
Oxunma sayı: 683

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova solo konsert verəcək.

“Qafqazinfo” xəbər verir ki, xanəndənin konserti mayın 21-də Heydər Əliyev adına Sarayda baş tutacaq. 

Musiqili gecə Alim Qasımovun 60 illik yubileyinə həsr olunub.

İslam Oyunları ərəfəsində baş tutacaq gecədə sənətçini 13 nəfərlik musiqi heyəti müşayiət edəcək. Biletlərin qiyməti isaı 20-100 AZN arası təşkil edir.  

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.