FES uçot dərəcəsini açıqladı

FES uçot dərəcəsini açıqladı
Oxunma sayı: 1237

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, iki günlük iclasdan sonra uçot dərəcəsi 1,25%  - 1,50% aralığında sabit saxlanılıb.

2018-ci il ərzində uçot dərəcəsinin 3 dəfə artırılması gözlənilir. İlk artımın 21 martda qurumun yeni rəhbəri Jerom Povelin keçirəcəyi iclasda baş tutacağı bildirilir. FES-in hazırki rəhbəri Cane Yellen vəzifəsini 3 fevralda təhvil verəcək.

Qeyd edək ki, uçot dərəcəsi sonuncu dəfə 2017-ci ilin 13 dekabrında artırılmıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi