Festivalın ən diqqətçəkən ulduzu... - Fotolar

festivalin-en-diqqetceken-ulduzu
Oxunma sayı: 3932

Bir neçə gündür ki, Böyük Britaniyanın ən səs-küylü festivalı start götürüb."Qafqazinfo" xəbər verir ki, festivalın ilk günündən etibarən ən məşhur ekran işləri sərgilənməyə təqdim olunmağa başlayıb. Hər gün kino günlərinə məşhur ulduzlar axın edir.

Onlar arasında ən diqqətçəkən tanınmış isə Hayley Atwell olub.  35 yaşlı ulduz bu dəfə qalmaqallı bir geyimdən istifadə edərək festivala gəlib. 

O, London Fim Festivalında dekolteli geyimi ilə bütün diqqəti öz üzərinə çəkə bilib. 

Cəsarətli bir paltar seçən Atwell qırmızı xalça üzərinə çıxaraq kameralara poza verib.