FETÖ-çü komediya ustası azadlığa çıxdı

feto-cu-komediya-ustasi-azadliga-cixdi
Oxunma sayı: 684

Ötən il 15 iyulda hərbi inqilaba cəhd edən FETÖ terror təşkilatına üzvlükdən ittiham olunduğu üçün həbs olunmuş komediya ustası Atalay Dəmirçi azadlığa buraxılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə hakim qarşısına çıxan Atalay peşman olduğunu bildirib:

“Tək peşmanlığım bir nəfərin belə mənim üzümdən bu təşkilata simpatiya hiss etməsidir. Mən gülüş ustasıyam. Təşkilat heç vaxt çata bilməyəcəyi böyük kütləyə mənim vasitəmlə çatmağa çalışdı”.

Məhkəmə heyəti A.Dəmirçinin səmimi peşmanlığını və bildiyi hər şeyi danışmasını nəzərə alaraq onu sərbəst buraxıblar. Lakin, onun ölkədən çıxışına qadağa qoyulub.