FETÖ imamı Adil Öksüzün qardaşı Ermənistanda yaxalandı

feto-imami-adil-oksuzun-qardasi-ermenistanda-yaxalandi
Oxunma sayı: 2779

FETÖ-nün imamı,15 iyul çevriliş cəhdində xüsusi rolu olan Adil Öksüzün qardaşı Kemal Öksüz Ermənistanda yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. ABŞ tərəfindən fırıldaqçılılıq və saxtakarlığa yol verməkdə ittiham olunaraq İnterpolun xətti ilə axtarışa verilən Kemal Öksüzün ABŞ vətəndaşlığı alaraq adını Kevin olaraq dəyişdirdiyi məlum olub. 

Erməni mətbuatının yazdığına görə, Ermənistanda türk əsilli Amerika vətəndaşları və avropalıları birləşdirən QHT-yə rəhbərlik edən Öksüz bu məqsədlə də müntəzəm olaraq Türkiyə və Azərbaycana səfərlər təşkil edib.