FETÖ-nün “Azərbaycan kassası” həbs olundu

feto-nun-azerbaycan-kassasi-hebs-olundu
Oxunma sayı: 8811

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda və Ukraynada FETÖ-yə qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Hurriyet”in yaydığı məlumata görə, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Saleh Zəki Yiğit isə Ukraynada saxlanaraq dünən xüsusi təyyarə ilə İstanbula aparılıb. 

Məlumata görə, 1997-ci ildə Bakı Dövlət Universitetini bitirən Özdəmir təşkilatın “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, inşaat sektorunda “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün çirkli pullarının yuyulmasını həyata keçirib. 

Aysel Kərimova