Fəttah Heydərov seçkilərlə bağlı qərarı açıqladı

Fəttah Heydərov seçkilərlə bağlı qərarı açıqladı
Oxunma sayı: 1918

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən şuranın sədri Fəttah Heydərov aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin Şura tərəfindən dəstəkləndiyini söyləyib.

F. Heydərov deyib ki, İlham Əliyev hələ uzun müddət bu uğurlu siyasəti davam etdirəcək: “Azərbaycanın dünya arenasında nüfuzunun daha da artması üçün qətiyyətli, iradəli, praqmatik dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir”. 

İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi