Fəttah Heydərov yenə sədr seçildi

Fəttah Heydərov yenə sədr seçildi
Oxunma sayı: 1195

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər. Çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. O, əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Çıxışlarda Ağsaqqallar Şurasının beş illik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir.

Daha sonra Şuranın rəhbər orqanları seçilib.

Sonra qurultayın qətnaməsi oxunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi