Fətullah Gülən də Türkiyədəki həbslərə münasibət bildirdi

fetullah-gulen-de-turkiyedeki-hebslere-munasibet-bildirdi
Oxunma sayı: 5526



“Qafqazinfo” Teleqraf.com-a istinadən Gülənin mövqeyini ifadə edən açıqlamanı təqdim edir.

"Bəzi xəbər və yazılarda həbslərlə bağlı  Fətullah Gülənə qarşı ağır ittihamıarın yer alması haqsızlıqdır. İddialar tamamilə tamamilə məntiqsiz, əsassızdır. Korrupsiya, rüşvət hər bir ölkədə var. Dünyada bir qism insanlar qanunlara uyğun yaşayır, bəziləri isə qanunları pozmaqla məşğuldular. Hüquq mühafizə orqanları da qanunsuzluqların qarşısını almaq üçündür. Baş verən həbsləri soyuqqanlılıqla qiymətləndirmək lazımdır. Fətullah Gülənlə bağlı həqiqətəuyğun olmayan fikirlərin səsləndirilməsi istintaqa təsir etməklə yanaşı, ictimai fikiri də azdıra bilər".

Açıqlamada qeyd olunur ki, Gülənə qarşı "hökumətə savaş açma", "əməliyyat başlatma", "kirli oyunlar oynama", "tələ qurma", "küncə sıxışdırma" kimi iddialar tamamilə fantaziya məhsullarıdır.

"Fətullah Gülən maddi və siyasi maraqları olmayan Allah adamıdır".