Fətullah Gülən niyə evlənmir?

fetullah-gulen-niye-evlenmir
Oxunma sayı: 7016



“Qafqazinfo” xəbər verir ki, Türkiyənin məşhur “Today’s Zaman” qəzetinin yazarı İhsan Yılmaz öz “Twitter” səhifəsində bunun səbəblərini açıqlayıb.  O, mesajında qeyd edib ki, “Fətullah Gülən ilan atası olmaq istəmədiyini” deyərək evlənməkdən imtina edib. Yazar qeyd edib ki, Gülənin evlənmək istəməməsini bu yolla dilə gətirməsi gələcəyin valideyni olmağa hazırlaşan cütlüklərə də çox pis təsir edəcək. 

Daha sonra o bildirib ki, Fətullah Gülənin bir yaxın dostu da buna bənzər ifadə işlədib. Belə ki, Gülənin dostu yuxusunda Peyğəmbəri gördüyünü deyib: “Yuxumda Peyğəmbəri gördüm. O dedi ki, Gülən evləndiyi gün öləcək”. 

İhsan Yılmaz qeyd edib ki, bu kimi ifadələrin işlədilməsi cəmiyyətdə övlad sahibi olmamaq fikirlərinin aşılanmasına yönəlib. Anspress