Fətullah Gülənə ağır itki

fetullah-gulene-agir-itki
Oxunma sayı: 2840


“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, “Samanyolu” televiziyasının ana xəbər aparıcısı Kamal Gülənin atası olan Seyfullah Gülən 4 ay əvvəl keçirdiyi infarkt səbəbi ilə Ərzurumdakı xüsusi xəstəxanada müalicə olunurdu. Ürək və tənəffüs çatışmazlığı olan Seyfullah Gülən bir ay əvvəl beynində qan laxtalanması səbəbi ilə reanimasiyaya yerləşdirilib. Keçirdiyi iflic sonrası süni nəfəs aparatına qoşulan Seyfullah Gülən bu gün saat 07.30 radələrində həyatını itirib.

Seyfullah Gülən camaat lideri Fəthullah Gülənin 5 qardaşından (2 bacısı da var) biriydi. Atatürk Universitetində çalışdıqdan sonra təqaüdə çıxan və 9 övlad atası Seyfullah Gülən Ərzurumun Dadaşkent səmtində yaşayırdı.