Fətullah Gülənlə bağlı qərar verildi

fetullah-gulenle-bagli-qerar-verildi
Oxunma sayı: 2808


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gülənin  rüşvət əməliyyatının arxasında “Gülən camaatı”nın olması ilə bağlı xəbərə “Allah bizi də, onları da yerin dibinə batırsın, evlərinə od salsın, yuvalarını başlarına yıxsın” sözləri baş nazir Rəcəb Tayyib Ərdoğanın sərt tənqidinə səbəbolmaqla yanaşı sosial şəbəkələrdə də gündəm mövzusu olub. Bir çox saytlarda efektlərdən istifadə edərək Gülənin açıqlamasının müxtəlif versiyaları yaradılıb. Bu videolar “Gülən camaatı”nı narahat etdiyindən onlarla yaxınlığı olan bəzi mətbuat orqanları “Youtube”a müraciət edərək bu videoların yığışdırılmasını istəyib. “Youtube” bu etirazı haqlı sayaraq qəbul edib və ləğv edilən videoların əvəzinə “Bu video Samanyolu TV tərəfindən müəllif hüququnun qorunması tələbiylə artıq istifadə oluna bilməz” sözləri yazılıb.