Fətullayev Türkiyə TV-sində PKK-dan danışdı

fetullayev-turkiye-tv-sinde-pkk-dan-danisdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, Fətullayev bir saat ərzində tanınmış telejurnalist Ahmet Rifatın suallarını cavablandırıb. Hüquq müdafiəçisi PKK terrorçu kürd təşkilatının üzvlərini öz ərazisində gizlədən bəzi Avropa ölkələrinin hökumətlərini kəskin tənqid edərək onlardan terrorçuluqla mübarizə sahəsində təcili tədbirlər görməyi tələb edib: “Avropa hökumətləri Türkiyənin milli təhlükəsizliyi əleyhinə dağıdıcı fəaliyyət göstərən PKK terror təşkilatına qarşı effektiv mübarizəyə başlamış Ərdoğan hökuməti ilə bir cərgədə dayanmaq əvəzinə PKK fəallarını öz ərazilərində gizlədirlər. Bununla da terrorçuların fəaliyyətini dəstəkləyib təşviq edirlər. Burada onların məqsədi nədir? Avropa ölkələrinin bir çoxu regional təhlükəsizlik sisteminin qarantına çevrilən Türkiyənin getdikcə artan nüfuzunu həzm edə bilmir. İnsan haqları fəlsəfəsinə sədaqətli olduqlarını deyən, ayrı-ayrı insanların hüquqlarının qorunması məsələsinə bunca böyük diqqət göstərən bəzi Avropa hökumətləri bütün türk xalqının təhlükəsizliyi probleminə niyə bu qədər biganə yanaşır? Bu, ikili standartların əlamətidir”.

Qeyd edək ki, E.Fətullayev fevralın 21-də Türkiyə vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00) isə Türkiyənin “Ülke TV” adlı digər populyar telekanalının efirində qonaq olacaq. Xatırladaq ki, E.Fətullayev fevralın 19-da Bakı vaxtı ilə saat 24-də Türkiyənin populyar “Kanal 24” telekanalında bir saat yarımlıq tok-şounun canlı yayımında olub. Hüquq müdafiəçisi Türkiyənin baş naziri Ərdoğanın Avropa ilə bağlı son bəyanatlarının fonunda Avropa Birliyi (xüsusən də Almaniya) ilə Türkiyənin münasibətlərinə dair fikirlərini açıqlayıb. Həmçinin başçılıq etdiyi monitorinq qrupunun Avropada gördüyü işlərin nəticələrindən danışıb.
Türkiyədə E.Fətullayevin fəaliyyətinə marağın səbəbi “İnsan haqları uğrunda” İB-nin hazırlayıb yaydığı “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adlı hesabatla bağlıdır. Bu hesabat Almaniyada insan haqlarının və demokratiyanın vəziyyətinin təhlilinə həsr olunub.