Fevraldan yeni taksi duracaqları tikiləcək

fevraldan-yeni-taksi-duracaqlari-tikilecek
Oxunma sayı: 1061

Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:

“Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mini keçmir. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir”.

BNA rəsmisinin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib:

“Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar, amillər nəzərə alınıb. Bura sərnişin axınından tutmuş təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, mühəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək”.