Fevralın 25-dən quş qripi ilə bağlı monitorinq keçiriləcək

fevralin-25-den-qus-qripi-ile-bagli-monitorinq-kecirilecek
Oxunma sayı: 644

Ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı fevralın 25-dən martın 1-dək növbəti monitorinqlər keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya daxilolan məlumata görə, monitorinqlər respublikanın müxtəlif milli park və qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də dəniz sahili ərazilərində reallaşdırılacaq.

Monitorinqlər zamanı ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlananaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək.