Feysbuk 50 milyard dollar itirdi

feysbuk-50-milyard-dollar-itirdi
Oxunma sayı: 3475

Son bir neçə gün ərzində Feysbuk şirkətinin səhmləri aşağı düşüb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, “Cambridge Analytica” şirkətinin 50 milyon istifadəçinin razılığı olmadan məlumatlarını əldə etməsi Feysbuk şirkətinin 50 milyard dollar itirməyinə səbəb olub.

Şirkətin bu addımı atmağına səbəb isə ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının effektiv siyasi reklamını yaratmaq olub.

Yayılan xəbərlərə münasibət bildirən Feysbukun qurucusu Mark Zukerberq şəxsi hesabında məsələ ilə bağlı paylaşım edərək üzr istəyib.

“Biz sizə məxsus məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. Əgər sizin hesablarınız təhlükəsizliyini təmin edə bilmiriksə, o zaman öz xidmətlərimizi dayandıracağıq” - deyə açıqlama verib.

Bundan başqa məsələnin dərindən araşdırılacağı və şəxsi hesablara tətbiq olunan gizlilik sisteminin daha da təkmilləşdiriləcəyi vurğulanıb.

Hazırda ABŞ və Avropa hökumətləri məsələ ilə bağlı istintaq aparır.

Ülviyyə