Feysbuka qarşı kampaniya başladı

feysbuka-qarsi-kampaniya-basladi
Oxunma sayı: 1422

Feysbukun Fələstin siyasətinə qarşı kampaniyaya start verilib.

“Qafqazinfo” İQNA-ya istinadən xəbər verir ki, Feysbuk Fələstin millətini dəstəkləyən səhifə və hesabları sosial şəbəkənin qaydalarına uyğun olmaması iddiası ilə bloklayıb.

Buna etiraz edən Fələstin və dünyanın bir çox yerindən jurnalist və aktivistlər Feysbuka qarşı kampaniyaya başlayıblar. Onlar #FBfightsPalestine haştaqı ilə Feysbukun Fələstinə qarşı düşməçilik hissi bəslədiyini bütün dünyaya çatdırmağa çalışırlar.

Etirazçılar Feysbukun bu addımı ilə bağlı azad düşüncə qurumlarına şikayət etmək niyyətində olduqlarını da bildiriblər.