Feysbukdakı saxta profillərin sayı açıqlandı

Feysbukdakı saxta profillərin sayı açıqlandı
Oxunma sayı: 540

1,92 milyarddan çox istifadəçisi olan Feysbuk sosial şəbəkəsində saxta profillərlə bağlı məlumat açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada sistemdə qeydiyyatdan keçmiş profillərin 13 faizinin (təxminən 250 milyon) saxta olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, yeni tətbiq edilən alqoritm vasitəsilə belə profillər avtomatik tapılacaq.

Şirkətin maliyyə müdiri Deyvid Vehnerin sözlərinə görə, real olmayan profillərə heç bir şans verilməyəcək və şəbəkə belə hesablardan xilas ediləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi