“FEYU Hostel Baku” qapılarını qonaqların üzünə açdı - Fotolar

feyu-hostel-baku-qapilarini-qonaqlarin-uzune-acdi
Oxunma sayı: 3852

Azərbaycanda, Bakının mərkəzindən 3 km məsafədə yeni hostel fəaliyyətə başlayıb. “FEYU Hostel Baku” nun açılış mərasiminə turizm sahəsində tanınmış şəxslər, media nümayəndələri də qatılıblar.

"Qafqazinfo" xəbər verir ki, tədbir iştirakçıları öncə hosteldə yaradılmış şəraitlə yaxından tanış olublar. Hostellə əyani tanışlıqdan sonra çıxış edən “PZ” Turizm MMC-nin direktoru Rəsul Rəsulov qonaqlara “FEYU Hostel Baku” barədə geniş məlumat verib. O, bildirib ki, hosteldə qonaqlara çox ucuz qiymətə yüksək xidmət imkanının yaradılıb: “Artıq şəhərimizə gələn qonaqlar cəmi 10 AZN-ə hosteldə gecələməklə yanaşı, istirahət otağında playstation 4, fərdi kompüter, ev kinoteatrı, polad oyunları, kitabxana və s xidmətlərdən də yararlana bilərlər. 5 otaqdan ibarət hostel 34 qonaq qəbul etmək üçün nəzərdə tutulub. “FEYU Hostel Baku” da bir və ikinci otaqların hər birində dörd, üçüncü otaqda altı, dördüncü otaqda səkkiz, beşinci otaqda on iki nəfərin gecələməsi üçün rahat şərait yaradılıb. Hər bir otağa qonaqlar üçün ayrıca çarpayı və şkaf yerləşdirilib. Otaqlar soyuducu ilə təmin olunub. Hosteldəki altıncı otaq isə qonaqların asudə vaxtını səmərəli və əyləncəli keçirmələri üçün nəzərdə tutulub. “FEYU Hostel Baku” nu seçən qonaqlar burada mebel və yemək masası ilə təhciz olunmuş geniş mətbəxdə çay və kofe xidmətindən istifadə edə bilərlər. Həmçinin qonaqlar birinci mərtəbədə yerləşən iaşə obyektindən yemək və digər qəlyanaltı sifariş edə, sifariş etdikləri, yaxud özləri ilə gətirdikləri yeməyi rahat şəkildə mətbəxdə yeyə bilərlər. “FEYU Hostel Baku” da sanitar qovşaq (kişi və qadınlar üçün ayrı), hər biri üç duş kabinədən ibarət yenicə təmirdən çıxmış hamam otaqları da qonaqların istifadəsi üçün nəzərdə tutulub. Hostelin şəhərin mərkəzinə yaxın yerləşməsinə və qiymətinin ucuz olmasına baxmayaraq, otaqlar parket döşəmə və müasir üslubda təmir edilib. Otaqların hər biri mərkəzləşmiş istilik sisteminə qoşulub, eləcə də hər otaq müasir kondisionerlərlə təmin olunub. Şəhərimizə gələn qonaqların üzünə günün 24 saatı açıq olan “FEYU Hostel Baku” yerləşdiyi otaqlara giriş fərdi elektronik açarlarla mümkündür. Qonaqların rahatlığı üçün hər yataq üçün şarj cihazı, eləcə də fərdi kabinet, işıqlandırma və pərdə ilə təchiz olunub”.

Daha sonra çıxış üçün söz hostelin açılış mərasiminə qatılan qonaqlara verilib. Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi” kafedrasının müdiri Bahadur Bilalov bildirib ki, Bakı şəhərində yeni hostellərin fəaliyyətə başlaması sevindirici amildir. B. Bilalovun sözlərinə görə, belə hostellərin fəaliyyəti ölkəyə turist axınını sürətləndirir: “Kütləvi turizm üçün bütün növ gecələmə yerlərinin olması vacibdir. Turizm kütləvi olanda insanların ondan yararlanmaq imkanları genişlənir. Nəzərə alanda ki, bu gün paytaxta gələn qonaqlar arasında elit təbəqə ilə yanaşı aztəminatlı turistlər də var, onlar üçün belə hostellərin olması müsbət amildir. “FEYU Hostel Baku” kimi müasir görünüşlü, hər cür avadanlıqla təhciz edilmiş hostellərin olması alqışlanmalı, onların rahat fəaliyyətinə yaradılan imkanlar genişləndirilməlidir”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirib ki, ölkəmizə turist cəlb etməyi əngəlləyən amillərdən biri də indiyədək hostellərin yoxluğu və az ulduzlu otellərin sayının məhdudluğu ilə bağlı olub: “İndiyədək hamımız hostel yoxluğundan şikayət edirdik. Bunu ölkəyə turist axınına mane kimi qiymətləndirirdik. Amma çox sevindiricidir ki, artıq paytaxtda hostellər inşa edilir, fəaliyyətə başlayır. Bu gün açılışında iştirak etdiyimiz “FEYU Hostel Baku” mən deyərdim ki, ölkədə hostellər üçün bir nümunə, standartdır. Hostelin şəhərin mərkəzinə yaxın yerdə yerləşməsi əsas üstünlük olmaqla yanaşı, səliqəli, təmiz olması, müasir üslubda təmir edilərək avadanlıqlarla təmin edilməsi bu hostelin az ulduzlu oteldən heç də geridə qalmadığını göstərir. Bu gün paytaxtımıza çoxlu sayda azbüdcəli turistlər gəlir. Onların ölkəmizə axını belə müasir hostellərə tələbatı günü-gündən artırır. Ölkəmizdə hostellərin sayı artdıqca həm xidmət səviyyəsi yüksəlir, həm də qiymətlər aşağı düşür. Beləcə, turistlər şəxsi evlərdə qalmaqdansa, hostellərə üstünlük verərlər”.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev də, ölkəmizdə dünya standartlarına cavab verən hostellərin fəaliyyətini ölkədə turizmin inkişafına töhvə verdiyi fikrindədir: “Bu gün paytaxtda belə müasir hostellərin açılışı bizi də sevindirir. Nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlər müxtəlidir. Onların içərisində çoxulduzlu otelləri seçənlər də var, aşağı qiymətə olan hostellərə tələbatı olanlar da. Ona görə də, biz çalışmalıyıq ki, ölkəmizə gələn qonaqlar üçün gecələmək üçün sərfəli hostellər olsun. Paytaxtda hostellərin inşası təkcə xidmətin keyfiyyətinə və qiymətin ucuzlaşmasına təsir etmir. Bu hostellərin fəaliyyəti nəticəsində əhalinin məşğulluğu da təmin olunur. Hesab edirəm ki, Azərbaycanda hostellərin sayının artmasına bütün zəruri şərait yaradılmalı və bu proses davam etməlidir. Bu, turizmin kütləviliyinə təkan verən əsas amillərdən biridir. Paytaxtdan başlanan bu iş regionlarda da davam etdirilməlidir. Bu gün açılışına qatıldığımız “FEYU Hostel Baku” dünya hostel standartlarına tam uyğundur. Biz belə hostelləri xarici ölkələrdə görürdük. Sevinirik ki, bu gün paytaxtda bütün növ turistlərin, qonaqların cibinə uyğun hostel fəaliyyət göstərir. Bu hosteldə ayrıca mətbəxin, dincəlmək üçün məkanın olması üstünlüklərdir. Qiymət aşağı olsa da, xidmətin keyfiyyətinin yüksək olması hostel bazarında artıq rəqabət mühitinin yarandığından xəbər verir. Hostellərin sayı artdıqca bu sahədə xidmət göstərən peşəkar kadr bazası formalaşır. Bütün bunlar ölkəmizdə turizmin kütləviliyini artıran amillərdəndir”.

Qeyd edək ki, “FEYU Hostel Baku” Nərimanov rayonu, AZ 1110, küç: Sabit Rəhman 53 A ünvanında yerləşir. Hostellə +994 (55) 2013388; +994 (12) 445545 nömrəli telefonlar və [email protected] e-mail ünvanı ilə əlaqə saxlamaq mümkündür. “FEYU Hostel Baku” nun facebook sosial şəbəsindəki https://www.facebook.com/FEYU-Hostel-BAKU-140468856616228/ və instaqramda feyu_hostel_baku səhifəsi də izləyicilər üçün açıqdır. Qonaqlar www.feyuhostel.com saytına daxil olmaqla “FEYU Hostel Baku” nun fəaliyyəti, iş prinsipi ilə virtual tanış ola, xidmətlərlə bağlı geniş məlumat əldə edə bilər. Qonaqların www.feyuhostel.com saytı vasitəsilə “FEYU Hostel Baku” da onlayn yer sifariş etməsi mümkündür.