Fəzail Ağamalı Güney Azərbaycan fəallarını qəbul edib

fezail-agamali-guney-azerbaycan-feallarini-qebul-edib
Oxunma sayı: 640


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə İranda baş verən proseslər, İran fars- rejiminin Güney azərbaycanlılara qarşı yürütdüyü vandal siyasət, Urmiya gölü ətrafında yaranmış gərgin durum müzakirə olunub. Görüşdə Güneyli soydaşımız Mahmud Bilgin Güney Azərbaycanda mövcud durum, o cümlədən Urmiya gölünün quruması ilə bağlı vəziyyət haqqında ətraflı məlumat verib. Millət vəkili qeyd etdi ki, Urmiya təkcə Güneyli-Quzeyli Azərbaycanın deyil, eyni zamanda bəşəri problemdir. Bu məsələ sərhədləri keçərək ümumdünya problemi kimi qəbul olunmalıdır. Biz Urmiya Gölünün qurumasına olan etirazımızı, oradakı türklərə qarşı həyata keçirilən təzyiqləri milli və bəşəri problem kimi bütün dünyaya çatdırmaq uğrunda iş aparmalıyıq . Urmiya gölünün quruması onun ətrafında yaşayan 10 milyondan artıq soydaşımızı soyqırıma məruz qoymaqla yanaşı, həm də bütün regionu, o cümlədən Quzey Azərbaycanı da təbii fəlakət içərisinə salacaq və beləliklə, çox böyük bir arialda kataklizm baş verəcəkdir. Buna görə də bütün beynəlxalq təşkilatlar, ətraf ölkələrin rəsmi və qeyri-rəsmi dairələri həyəcan təbili çalmalı və molla rejimini məcbur etməlidir ki, Urmaya gölünün qurumasının qarşısını almaq üçün təcili və təsirli tədbirlər görsün.

Mahmud Bilgin Fəzail Ağamalının fikirlərilə tam razılaşdığını və Urmiya gölünün xilası üçün Quzey Azərbaycan siyasi qüvvələrindən və QHT-lərdən dəstək almaq üçün Bakıya gəldiyini önə çəkdi.