Fəzail Ağamalıdan Ramazan təbriki

fezail-agamalidan-ramazan-tebriki-
Oxunma sayı: 637

Təbrikdə deyilir: “Əziz Soydaşlar! Sizi Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Cəmiyyətimizdə həmrəylik duyğularının daşıyıcı olan bu bayramda müsəlmanlar oruc tutur, dualar edir. Bu əziz bayram günlərində bütün oruc tutan insanların dualarının Uca Allahdan qəbul olunmasını diləyirəm. Arzu edirəm ki, gələn il işğal altında olan torpaqlarımız azad olunsun və Ramazan Bayramının doğma yurd yerlərimizdə iftar süfrələri açılsın” – deyə AVP sədri bildirib.