Fəzail Ağamalıdan son xəbər

Fəzail Ağamalıdan son xəbər
Oxunma sayı: 51

“Atamın səhhəti normaldır. Heç bir problemi yoxdur. İnşallah, bu ayın axırı vətənə qayıdacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyev deyib. Onun sözlərinə görə, atasının istirahəti bir az uzun çəkib.
 
“Düzdür, atamın istirahəti bir az uzun çəkib deyə hər kəs narahatdır. Hətta, mətbuat səhifələrində atamla bağlı yanlış informasiyalar yer aldı. Halbuki, yazılanların heç bir əhəmiyyəti yoxdur.
 
Dəqiq deyirəm ki, narahatlığa əsas yoxdur. Fəzail Ağamalı yaxşıdır. Atam gələndə nə sualınız varsa, özünə ünvanlayarsınız”.
 
Xatırladaq ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib. 
 
Onun səhhətinin pisləşməsinə dair bir aydan çoxdur ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində  müalicə aldığı deyilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi