Fəzail Ağamalıya nə olub?

Fəzail Ağamalıya nə olub?
Oxunma sayı: 42

Millət vəkili Fəzail Ağamalının səhhətinin qaydasında olmaması ilə bağlı xəbərlər yayılıb. Məlumatda deputatın məhz bu problemə görə xaricə müalicəyə getdiyi də qeyd edilib. 

“Qafqazinfo” məsələ ilə bağlı Fəzail Ağamalının rəhbəri olduğu Ana Vətən Partiyası ilə əlaqə saxlayıb. Partiyadan bildirib ki, deputat dincəlmək üçün xaricə gedib. O, gələn həftə işinin başına qayıdacaq. 

Xatırladaq ki, F. Ağamalı parlamentin ötən gün keçirilən plenar iclasına da qatılmayıb. Həmçinin aprelin 20-də İnsan Hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirdiyi iclasda da üzürlü səbəbdən iştirak etməyib. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi