FHN 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

fhn-6-neferin-olumu-ile-neticelenen-qeza-ile-bagli-melumat-yayib
Oxunma sayı: 1201


“Qafqazinfo”-nun FHN-ə istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qovlar kəndində sahibləri məlum olmayan "VAZ" markalı minik avtomobili, "Qazel" markalı mikroavtobus və "Hyundai" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

 Yanğın nəticəsində hər üç avtomobilərin yanar hissələri yanıb.

 Qəza zamanı şəxsiyyəti məlum olmayan 6 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.