FHN 7 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

fhn-7-neferin-olumu-ile-neticelenen-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1366


“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Qobustan rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin - 1985-ci il təv. Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təv. Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təv. Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin - Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.

Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.