FHN Astarada bazarın yanması ilə bağlı məlumat yaydı

fhn-astarada-bazarin-yanmasi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 850


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyalar və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.