FHN bağlanan yolla bağlı açıqlama yaydı

fhn-baglanan-yolla-bagli-aciqlama-yaydi
Oxunma sayı: 645

Fövqəladə Hallar Nazirliyi güclü küləyə görə bağlanan yolla bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görmüş və nəqliyyatın hərəkətini bərpa edib.